Press "Enter" to skip to content

Namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 24 İyul 2023 14:56

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, “müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər”.

Mission News Theme by Compete Themes.