Son yeniləmə: 24 İyul 2023 13:55
BAYRAQDAR MEDİA – Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın quzeyindəki Qara bölgəsində keçirdiyi əməliyyat çərçivəsində PKK/KCK-YPS-nin Türkiyə şefi adlandırılan Özgür Şoreş kod adlı Özgür Alparslanı zərərsizləşdirib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir: “Anadolu Agentliyinin (AA) təhlükəsizlik qaynaqlarına əsaslandığı xəbərə görə, MİT tərəfindən yaşıl kodla axtarılan terrorçun 2021-ci ildə Antalyanın Manavgat rayonunda baş verən meşə yanğının törədilməsinə, o cümlədən, Muğla, Mersin və Hatayda 150 min hektardan çox ərazinin yanmasına səbəb olan hərəkətlərə göstəriş verən şəxsdir. Onun həmçinin, terror təşkilatının “atəşin çoçukları” birləşməsinin yaradıcısı olduğu bildirilib”.