Press "Enter" to skip to content

Kitab tanıtma: “Səmimiyyətin qəm nuru”

Səmimiyyətin qəm nuru

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Prof. İlham Rəhimlinin “Səmimiyyətin qəm nuru” kitabı da yer alır.

Kitab Xalq artisti Rasim Balayevin yaradıcılıq yolu haqqındadır. Nəşrdə görkəmli aktyorun həyatından kiçik fraqmentlər verilib, yaradıcılığı elmi-nəzəri prinsiplərlə təhlilə çəkilib. Kitabın girişində – “Qəm haqqında düşüncələr” hissəsində İmadəddin Nəsiminin qəzəli verilib:

Qəmindir könlümün təxtində sultan,
Bir iqlimdə iki sultan gərəkməz.

Kitabda “Qəm haqqında düşüncələr”, “Rəqəmlərdə zaman nəfəsi”, “Sənət məbədinin kərpicləri”, “Əbədiyyət üfüqündə günəş”, “39 suala 40 cavab”, “100 il sonrakı sözün əvvəli”, “Çəkildiyi yeni filmlər” və s. başlıqlarla yazılar var.

Qeyd edək ki, kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayev, tərtibatçısı isə İlham Rəhimlidir.

Mission News Theme by Compete Themes.