Son yeniləmə: 24 İyul 2023 09:31
BAYRAQDAR MEDİA – Türkiyənin müxalifət partiyası CHP-də daxili gərginlik davam edir. Bu arada partiyadan olan bələdiyyə sədrlərinin toplantısında Kemal Kılıçdaroğluna qarşı “istefa et” tələbi səsləndiyi bildirilib.
Medyascope-a istinad edən eskişehir.net saytı xəbər verir ki, bu tələbə cavab olaraq K.Kılıçdaroğlu bu günə kimi heç bir zaman özü namizəd olmadığını, namizədliyinin irəli sürüldüyünü deyib.
Məlumata görə, K.Kılıçdaroğlu daha sonra bildirib: “Bunu bacaran dostlar gəlsin, görsün. Muherrem İnce imza toplaya bilməmişdi. “Get imza topla” dedim”.