Press "Enter" to skip to content

Dünya Bankının nümayəndələri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 24 İyul 2023 14:17

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) ilə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Məlumata əsasən, görüşdə Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsi müzakirə edilib: “Tədbirdə Dünya Bankının nümayəndələrinə dövlət satınalmaları sahəsində atılan addımlar barədə məlumat verilib,Dövlət Xidmətinin gözləntiləri çatdırılıb. Tərəflər, həmçinin layihə çərçivəsindəuğurlu əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparıb. Qeyd edək ki, “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsinin həyata keçirilməsində məqsəd Hökumətə dövlət idarəçiliyinin dürüstlüyünü və hesabatlılığını artırmağa, rəqəmsal həllər və strateji satınalmaların və e-GP-nin ((TheElectronicGovernmentProcurement – Elektron Dövlət Satınalamaları)effektiv tətbiqi yolu ilə dövlət satınalmalarının izlənilirliyini, şəffaflığını, səmərəliliyini və dəyərini gücləndirməyə kömək etməkdir. Layihə çərçivəsində AİBNDX, bu sahədə aidiyyəti dövlət qurumları və dövlət satınalmalarının iştirakçıları ilə məsləhətləşmələr, fikir mübadiləsi və mövcud vəziyyətin öyrənilməsi üçün missiya fəaliyyətə başlayıb”.

Layihənin yekununda Azərbaycan üçün ölkə səviyyəsində strateji satınalmalar üzrə analitik hesabat, həmçinin Elektron Dövlət Satınalmalarının hazırlığının qiymətləndirilməsi və icrasına dair yol xəritəsi üzrə analitik hesabatın hazırlanması planlaşdırılır.

Mission News Theme by Compete Themes.