BAYRAQDAR MEDİA – Sürgündə olan İçkeriya Çeçen Respublikasının baş naziri Əhməd Zakayev Krım Xəbər Agentliyinə müsahibəsində Kadırovçularla çeçenlər arasındakı fərqi izah edib.
Məlumata görə, o, deyib ki, Kadırovçular öz xalqına xəyanət edən insanlardır: “Bu adamlar öz xalqına lağ edirlər. Onların çeçenlərə qarşı vəhşiliklərini sözlə ifadə etmək çətindir, ağlasığmaz işlər görürlər”.
Qeyd olunub ki, Kadırovçular Putin rejiminin yetişdirdiyi xüsusi qrupdur: “Manqurt dediyimiz insanlar var, amma onlar manqurtdan da betərdir”.