Son yeniləmə: 21 İyul 2023 15:14
BAYRAQDAR MEDİA – Batı Trakya türklərinə dil və din baxımından təzyiq edən Yunanıstan türk azlığına aid təhsil ocaqlarını bağlamağa davam edir.
Yeni Balkan xəbər verir ki, bu dəfə də Batı Trakya türk şagirdlərinin təhsil aldığı 9 məktəbin şagird sayının az olduğu bəhanəsi ilə bağlanmasına qərar verilib.
Yunanıstan Təhsil Nazirliyinə bağlı Doğu Makedoniya-Trakya Dövlət İbtidai və Orta Təhsil Müdirliyindən verilən açıqlamada Rodopda 7 türk azlıq ibtidai məktəbinin, İskeçedə isə 2 türk azlıq ibtidai məktəbinin bağlanacağı bildirilib: “Beləliklə, Batı Trakyada azlıqların ibtidai məktəblərinin sayı 99-dan 90-a enəcək”.