Press "Enter" to skip to content

“Xalqın hikməti, elin sənəti” adlı sərgi olacaq

Xalqın hikməti, elin sənəti

BAYRAQDAR MEDİA – İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Xalqın hikməti, elin sənəti” adlı sərgi keçirələcək.

Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “sərgidə Sərdarlılar ailəsi – Lalə Sərdarlı, Toğrul Sərdarlı, İsgəndər Sərdarlının ərsəyə gətirdiyi bir-birindən maraqlı, incə zövqlə işlənmiş sandıq və sandıqçaları, mücrüləri, eləcə də müxtəlif zərgərlik inciləri nümayiş olunacaq. Həmçinin, ekspozisiyada AMİM-nin kolleksiyasından zəngin ornamentli xovlu və xovsuz xalçalar, nəfis bədii tikmələr təqdim olunacaq.

Sonra xəbərdə, “zərgərliklə tətbiqi sənəti sintezləşdirən ailənin əl işləri milli koloriti və orijinallığı ilə göz oxşayır. Ailə unudulmuş tətbiqi sənət nümunələrinin yenidən bu günə yeni məzmun və formatda qayıdışına töhfə verən sənətkarlar kimi qəbul edilir. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Sərdarlılar ailəsi hazırda Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi ərazilərində formalaşmış mədəni irsin öyrənilməsi, təbliğ edilməsi yolunda yeni əsərlər yaradırlar. Əsərləri Macarıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrin tanınmış, nüfuzlu şəxslərinin kolleksiyalarında saxlanılır” deyə bildirilir.

Qeyd edək ki, sərgi saat 16:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.