Son yeniləmə: 21 İyul 2023 11:10
BAYRAQDAR MEDİA – Türk Dil Qurumu Çağdaş Türkcə lüğətinin 12-ci nəşri rəflərdə öz yerini tutub.
Vətəndaşlara türkcənin istifadəsində bələdçilik edən Türk Dil Qurumu (TDK) bu addımı ilə bəzi söz və deyimlərin yazılışını dəyişib. TDK-dan verilən açıqlamada lüğətin 12-ci nəşrində yenilənən sözlərin köhnə və yeni yazılışı ilə bağlı nümunələr verilib.
Kırım Haber Ajansının məlumatına görə, bu halda, “unvan yerinə ünvan, çiğ börek yerinə çi börek, kümeden düşmek yerinə küme düşmek, Doğubeyazıt yerinə Doğubayazıt, horon vurmak yerinə horon tepmek, yeşilzeytin yerinə yeşil zeytin, Marmara Ereğlisi yerinə Marmaraereğlisi, yakan top yerinə yakantop, kayyum yerinə kayyım, yeşilsoğan yerinə yeşil soğan, hasıraltı yerinə hasır altı, akça armudu yerinə akçaarmut, Sultan efendi yerinə Sultanefendi, akzambak yerinə ak zambak, yeşilbiber yerinə yeşil biber, boy bos yerinə boy pos, pilili yerinə pileli, yürük yerinə yörük” sözü istifadə ediləcək