BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Rahibə Əliyeva, Elçin Əliyev, Tamaşa İsayeva, Nəsib Zeynalovun müəllifi olduqları “Azərbaycanın dünya əhəmiyyətli abidələri” kitabıdır.
Kitab AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
Nəşrin ön sözündə deyilir: “Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Maddi mədəniyyət nümunələrinin qorunması daimi ölkə prezidentinin diqqət mərkəzindədir. Hazırda Azərbaycan ərazisində 6 min 308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir”.
Kitabda sözügedən abidələr sırasında “Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu”, “Gülüstan türbəsi”, “Möminə Xatun türbəsi”, “Nardaran qəsri”, “Şirvanşahlar Sarayı Kompleksi”, “Atəşgah” və digərlərini qeyd etmək olar.