Son yeniləmə: 21 İyul 2023 10:26
BAYRAQDAR MEDİA – 2024-cü ildə Qazaxıstanın Jetısu vilayətində Balxaş gölünün sahillərinin infrastrukturla təmini üçün işlər başlanacaq.
Bu məlumatı El.kz xəbər agentliyi vilayət akimliyinin mətbuat xidmətinə istinadən yayıb.
Bildirilib ki, “mühəndisk kommunikasiyaları sahilin 16 km-ni əhatə edəcək. Hazırkı mərhələdə layihə-smeta sənədləri uyğunlaşdırılır, sentyabr ayında su, elektrik və kanalizasiya şəbəkələrinin tikintisi layihəsinə dövlət ekspertizası rəyinin alınması nəzərdə tutulur. Tikinti üçün vəsait respublika büdcəsindən ayrılacaq”.
Bu barədə Sərkan rayonunun əhalisi ilə görüşündə vilayətin akimi Beybit İsabayev məlumat verib. O, həmçinin vurğulayıb ki, gələn ilin sentyabr ayına kimi Balxaş gölünə gedən yolun təmirini tam başa çatdırmaq planlaşdırılır. Eyni zamanda sahildə mühəndis kommunikasiyalarının çəkilməsi işlərinə başlanılacaq ki, bu da gələcəkdə regionda turizmin inkişafı üçün mühüm təkan olacaq.