Press "Enter" to skip to content

ABŞ-dan Qazaxıstana investisiya axını 82 faiz artıb

Son yeniləmə: 21 İyul 2023 16:05

BAYRAQDAR MEDİAUlysmedia.kz xəbər verir ki, ABŞ-dan investisiya axını 82 faiz artıb.

Bildirilib ki, Astanada Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin İnvestisiyalar üzrə Komitəsinin sədri Ardak Zebeşev və “KAZAKH INVEST NC” SC-nin İdarə Heyətinin sədri Meirjan Yusupovun ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rosenblum ilə görüşü keçirilib.

Ardak Zebeşev qeyd edib ki, ABŞ Qazaxıstan iqtisadiyyatına sərmayə qoyan ən böyük xarici investorlardan biridir. Bu ölkənin ümumi sərmayələri 60 milyard dollardan çoxdur. Bildirilib ki, Qazaxıstan iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən emal və dağ-mədən sənayesi, əczaçılıq və aqrar-sənaye kompleksində layihələrin birgə həyata keçirilməsində maraqlıdır.

D.Rozenblum ABŞ-ın G7 dövlətləri tərəfindən təklif olunan Qlobal İnfrastruktur Təşəbbüsü (PGII) üzrə Tərəfdaşlıq çərçivəsində Transxəzər “Orta Dəhliz” infrastrukturunun və digər nəqliyyat ticarət marşrutlarının inkişafına dair öhdəliklərini təsdiqləyib. O, həmçinin qeyd edib ki, iyun ayında ABŞ Ticarət Missiyasının uğurlu səfəri tərəflərin iqtisadi münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı istəyinin simvoludur.

Xəbərdə bildirilib ki, 1993-cü ildən bəri ABŞ-dan Qazaxıstana ümumi investisiya axını 62,7 milyard dollara çatıb: “2022-ci ilin sonuna ABŞ-dan investisiyaların ümumi axını 2021-ci illə müqayisədə 82 faiz artaraq 5,1 milyard dollardan çox olub. 2022-ci il üçün Qazaxıstanla ABŞ arasında ticarətin həcmi 3,05 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 37,2 faiz çoxdur. Qazaxıstandan ABŞ-a ixrac 1,15 milyard, ABŞ-dan Qazaxıstana idxal isə 1,89 milyard dolları ötmüşdür”.

Mission News Theme by Compete Themes.