BAYRAQDAR MEDİA – YARAT Kommünike layihəsi çərçivəsində bu dəfə rəssam Erkin Ələkbərlinin XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunan “Bir göz qırpımında” silsilə rəsmlərini təqdim edir.
Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Bir qadının həyatında ən mühüm anları işıqlandıran silsilə, “Başlanğıc” adlı əsərlə başlayır və “Son” adlı əsərlə tamamlanır. Rəssamın fikrincə həyatın başlanğıcı və sonu arasında bir addım var və insanın keçmişi sadəcə bir andan ibarətdir”.
E.Ələkbərli bildirir ki, silsilədə hakim olan boz rəng ümidsizliyə işarə etsə də, əsərlərdə nadir hallarda görünən sarı və firuzəyi damlalar həyatın rəngliliyinə eyham vurur.