Son yeniləmə: 20 İyul 2023 10:59
BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Ciddədə keçirilən “Orta Asiya-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası” sammitindəki çıxışında mədəni-humanitar sahənin də böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bu barədə Türkmenportalı.com saytı məlumat yayıb.
Biz yeni mədəni əməkdaşlıq platformasının, yəni Orta Asiya və Körfəz Əməkdaşlıq Şurasının “Mədəni dialoq”unun yaradılmasını təklif edirik”, – deyə Türkmənistan lideri bildirib.
Prezidentin dediyi kimi, bu gün qlobal inkişafın gündəliyində duran mühüm məsələlərdən biri də ekoloji sistemdir: “Buna əsaslanaraq, biz Orta Asiya və Körfəz Əməkdaşlıq Şurası dövlətlərinin Ekoloji Şurasının yaradılması məsələsinə baxmağı təklif edirik”.