Press "Enter" to skip to content

Qazaxıstan Transxəzər marşrutuna böyük önəm verir

Qasım-Jomart Toqayev

Son yeniləmə: 20 İyul 2023 15:16

BAYRAQDAR MEDİA – Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarını artırmağı və 2030-cu ilə qədər onu ildə 500 min konteynerə çatdırmağı planlaşdırır.

El.kz Akorda-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı Qasım-Jomart Toqayev “Mərkəzi Asiya + Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası” birinci Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı, “Hazırda regionumuzun ölkələri marşrutların şaxələndirilməsi, müxtəlif infrastruktur və logistika layihələrinin inkişafı istiqamətində fəal tədbirlər həyata keçirir. Qazaxıstan öz növbəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasına üstünlük verir. Biz bu marşrutla yük axınını sistematik şəkildə artırmaq və 2030-cu ilə qədər onu ildə 500 min konteynerə çatdırmaq niyyətindəyik” deyib.

Prezident bildirib ki, digər mühüm sahə enerji əməkdaşlığının dərinləşdirilməsidir: “Orta Asiya dövlətlərinin ərazisində 30 milyard tondan çox təsdiqlənmiş neft ehtiyatı və 20 trilyon kubmetrdən çox qaz var. Bu, regionu Ərəbistan yarımadasından sonra neft və qaz ehtiyatlarına görə dünyada ikinci yerə çevirir. Qazaxıstan OPEC+ Sazişinin üzvü kimi Təşkilat ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndirir və hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazırdır”.

Qeyd olunub ki, Qazaxıstan enerji nəqli marşrutlarının şaxələndirilməsi istiqamətində fəal iş aparır: “Eyni zamanda, Qazaxıstan yeni generasiya güclərinin modernləşdirilməsinə və inkişafına, kəşfiyyat və hasilat sahəsində qabaqcıl təcrübə və texnologiyaların cəlb edilməsinə, eləcə də müasir neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirir”.

Mission News Theme by Compete Themes.