Son yeniləmə: 20 İyul 2023 10:38
BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomar Toqayev bildirib ki, Mərkəzi Asiya ölkələrinin potensialının sinerjisi və Körfəz ölkələrinin böyük imkanları əməkdaşlığın daha yüksək səviyyəsini təyin edə biləcək.
Bu barədə Arbat.media xəbər verir.
Qeyd olunur ki, Qazaxıstan Prezidenti prioritet sahələrdən birinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi olduğunu deyib: “Regionumuzla Körfəz ölkələri arasında ticarət dövriyyəsinin son illərdə başlanmış dinamik artımını məmnunluqla qeyd edirəm. Amma rəqəmlər hələ bizim real potensialımızı əks etdirmir. Qarşılıqlı ticarəti əhəmiyyətli dərəcədə artırmaq üçün hər cür imkanımız var. Bunun üçün biz qarşılıqlı ticarətin çeşidini artırmalıyıq, deyə Qazaxıstan Prezidenti bildirib”.
Onun sözlərinə görə, Qazaxıstan ən qısa müddətdə Körfəz ölkələrinə təxminən 400 milyon dollar dəyərində 100 əmtəə adında ixracını artırmağa hazırdır.