BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 04 noyabr 2019-cu il, 5 saylı iclasının qərarı ilə nəşr edilmiş “Bilinməyən Nəsimi” kitabı da yer alır.
Nəşr Azərbaycanda “Nəsimi ili” çərçivəsində Əlyazmalar İnstitutu tərəfindən müxtəlif əlyazma xəzinələrindən əldə olunmuş materiallar əsasında nəşr edilib. Məqsəd İmadəddin Nəsiminin indiyə qədər yalnız əlyazma şəklində mövcud olan, Azərbaycanda bu vaxta kimi işıq üzü görməmiş, dünyanın müxtəlif arxiv, kitabxana və muzeylərində qorunan əsərlərini transliterasiya edərək geniş oxucu auditoriyasına təqdim etməkdir.
Qeyd edək ki, kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru və ön sözün müəllifi akademik Teymur Kərimli, tərtib edəni isə filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.