BAYRAQDAR MEDİA – İyulun 20-də Kıbrıs türk xalqını azadlığına qovuşduran Kıbrıs Barış Hərəkatının 49-cu ildöünümüdür.
Qeyd edək ki, 1974-cü ildə adaya Türkiyə əsgərlərinin gəlməsinin simvoluna çevrilən Kıbrıs Barış Hərəkatı qaçılmaz idi. Çünki Kıbrıs Barış Hərəkatı yunan-rum cütlüyünün Kıbrıs türklərini yox etmə planına son qoydu. 1974-cü ilin bu günündə adada türk varlığını qorumaq üçün uzun illər mücadilə edən insanlara, türk mücahidlərinə dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin reallaşdırdığı hərəkat uğurla başa çatdı.
Onu da bildirək ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı sosial media hesabından paylaşım edib. Paylaşımda deyilir: “Kıbrıs Barış Hərəkatının 49-cu ildönümündə milli davamız olan Kıbrıs uğrunda mübarizə aparan, Kıbrıs türklərinin hüquq və azadlıqları uğrunda canlarından keçmiş şəhidlərimizi sayğı və rəhmətlə, qəhrəman qazilərimizi isə hörmətlə yad edirik. Millətimizin ayrılmaz bir parçası olan Kıbrıs türk xalqının Sülh və Azadlıq Günü mübarək!”
#KıbrısBarışHarekatı’nın 49. yıl dönümünde, milli davamız Kıbrıs için mücadele eden ve Kıbrıs Türklerinin hak ve özgürlüğü uğruna canlarını ortaya koyan şehitlerimizi saygı ve rahmet, kahraman gazilerimizi minnetle anıyoruz.
Milletimizin ayrılmaz parçası Kıbrıs Türk halkının… pic.twitter.com/evrXgbxNKg
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) July 20, 2023