Son yeniləmə: 20 İyul 2023 09:35
BAYRAQDAR MEDİA – İyulun 19-da Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçirilib.
Xidmətdən verilən məlumata görə, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib. Bunlar, Əliyev Fuad Ağasi oğlu – “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi, Gözəlova Günel Salam qızı – “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi, İskəndərli Ramil Əvəz oğlu – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi, Mehtiyeva Rahilə İbrahim qızı – “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi, Şükürov Adil Arif oğlu – “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Vəliyev Asim Nazim oğludur – “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi.
Məlumata əsasən, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 3 yer üçün müvafiq qanunvericiliyə uyğun olaraq, 21 iyul 2023-cü il tarixdə saat 10:00-dan 16:00-dək Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcək:
1. Abbasova Nigar Emin qızı
2. Bağırov Ağamirzə Əhməd oğlu – “Gənc Hüquqşünaslar” İctimai Birliyi;
3. Fərzəliyev Əli Vələhəd oğlu – “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
4. Hüseynova Məhsəti Əli qızı – “Gənclərin Töhfəsi” İctimai Birliyi
5. İsmayılov Nadir Nəbi oğlu – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi
6. Kətanov Məmməd Teymur oğlu – “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
7. Muradov Mahir Tahir oğlu
8. Sadiqli Vüqar Anar oğlu
9. Şəkiyev Tariyel Zal oğlu
Xatırladaq ki, təkrar seçkidə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslər artıq qeydiyyatdan keçmiş seçicilər tərəfindən seçiləcək.