Press "Enter" to skip to content

Heydər Əliyevin hakimiyyətə gəlişinə həsr olunmuş tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – İyulun 19-da YAP Yasamal rayon təşkilatı və AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə 14 iyul 1969-cu il – Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə öncə YAP Yasamal rayon təşkilatının sədri, Dos. Bəxtiyar Nəbiyev çıxış edərək rəhbəri olduğu qurumda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumat verib.

Ardınca AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli H.Əliyevin Azərbaycanda bütün sahələrin inkişafında rolu haqda danışıb. Akademik bildirib ki, onun fəaliyyəti xalqa özünü, dövlətçiliyini dərk etməyə kömək olub. İ.Həbibbəyli eləcə də H.ƏIiyevin hakimiyyəti dövründə AMEA-nın fəaliyyətində də irəliləyişlərin olduğunu dilə gətirib. O qeyd edib ki, məhz həmin dövrdə Akademiya “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.

Tədbirdə çıxış edən millət vəkili, Prof. Anar İsgəndərov H.Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib. Həmçinin deyib ki, Azərbaycan gənclərinin SSRİ-nin ali məktəblərində təhsil almaları Ulu öndərin sayəsində olub. Millət vəkili çıxışı zamanı onu da diqqətə çatdırıb ki, Ulu öndərin hakimiyyəti illərində Azərbaycan aqrar ölkədən sənaye aqrar ölkəsinə çevrilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Sadiq Qurbanov, Əməkdar elm xadimi, Prof. Şahlar Əsgərov çıxışlarında H.Əliyev şəxsiyyətinin Azərbaycan üçün dəyərindən danışıblar.

Qeyd edək ki, tədbir zamanı H.Əliyevin fəaliyyətinə həsr olunmuş video təqdim edilib.

Mission News Theme by Compete Themes.