Son yeniləmə: 20 İyul 2023 10:58
BAYRAQDAR MEDİA – Bolqarıstanın GERB partiyasının rəhbəri Boykov Borisov bildirib ki, GERB-SDS və PP-DB koalisiyaları birgə idarəetmə proqramı üzrə razılığa gəliblər və idarəetmə müqaviləsi gələn həftə imzalanacaq.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, daha sonra PP-DB koalisiyasının həmsədri Xristo İvanov müqavilənin imzalanacağını təsdiqləyib.
O, deyib ki, DPS bu mexanizmlərin heç birində iştirak etməyəcək.
Xristo İvanovun sözlərinə görə, konvensiya “həm qanun layihələri üzrə konsensus, həm də nəzarət orqanlarında təyinatların həyata keçirilməsi proseduru üçün çərçivə olacaq.