BAYRAQDAR MEDİA – 2 saylı Sumqayıt regional ‘‘ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 20 iyul 2022-ci il tarixində olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ‘‘ASAN xidmət”dən daxil olub.
Xəbərdə bildirilir ki, “bu “ASAN xidmət” mərkəzinin binası 4 mərtəbəlidir. Mərkəzin ərazisində fəvvarə, geniş park, iki yerüstü avtomobil dayanacağı, kafe, uşaq əyləncə meydançası, idman meydançası var. Mərkəz 21 iyul 2022-ci il tarixində fəaliyyətə başlayıb. 2 saylı Sumqayıt regional ‘‘ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb”.
Mərkəzdə əməkdaşların sayı 192, könüllülərin sayı 45 nəfərdir. “ASAN xidmət” mərkəzinin işçilərinin sayı 36 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Fəaliyyət göstərdiyi 1 il ərzində 440 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325 xidmət həyata keçirilir.