Son yeniləmə: 19 İyul 2023 11:56
Güney Azərbaycanda türkləri hərəkət keçdi
BAYRAQDAR MEDİA – Güney Azərbaycanın su mənbəyi olan və tamamilə qurumaq üzrə olan Urmiya gölü üçün ətraf mühit fəalları və ictimai xadimlər hərəkətə keçib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “2023-cü il iyulun 18-də Urmiya gölündəki quraqlığa etiraz olaraq hərəkətə keçən Güney Azərbaycan türkləri sosial şəbəkələrdə kampaniyaya başlayıb və İran hökumətindən tədbir görməsini tələb ediblər.
Güney Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları indiyədək kampaniyaya minlərlə insanın qatıldığını və iştirakçıların sayının sürətlə artdığını bildiriblər.
Kampaniyanın təşkilatçıları “Urmiya gölünü xilas et” şüarı ilə hərəkətə keçiblər.