Son yeniləmə: 19 İyul 2023 15:04
BAYRAQDAR MEDİA – Türkiyə Ticarət Nazirliyi 2023-cü ilin birinci yarısında Özbəkistana hazır geyim ixracı ilə bağlı məlumatları paylaşıb.
Kırım Haber Ajansının məlumatına görə, Ticarət Nazirliyindən bildirilib ki, ixrac ötən illə müqayisədə 48,8 faiz artaraq 19,2 milyon dollara çatıb.
Digər tərəfdən, Türkiyənin Özbəkistana hazır geyim ixracının 2022-ci ilin iyun ayı məlumatlarına görə yüzdə 50,6 artaraq 2,8 milyon dollar olduğu vurğulanıb.
Müvafiq olaraq, Türkiyənin son 12 ayda (iyun 2022-2023-cü il) 20,6 milyard dollarlıq hazır geyim ixrac etdiyi bildirilib.