Son yeniləmə: 19 İyul 2023 15:03
BAYRAQDAR MEDİA – “Monastırın simvolik tikintilərindən biri olan saat qülləsi hökumətin qərarı ilə xüsusi əhəmiyyət kəsb edən mədəni irs siyahısına daxil edilib”.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, Quzey Makedoniyada 33 metr uzunluğundakı bu saat qülləsi 17-ci əsrdə Mahmud bəy tərəfindən tikilmişdir: “Müxtəlif səbəblərdən zədələnən saat qülləsi 1830-cu ildə yenidən qurulub. Saat qülləsi Manastır şəhərinin mərkəzində, İshak Çələbi məscidi, Yeni məscid, yəhudi sinaqoqu və Müqəddəs Dimitri pravoslav kilsəsi arasında yerləşir. Sonradan saat qülləsinə bərkidilən xaç müsəlmanların etirazına reaksiyasına səbəb olub”.