Son yeniləmə: 19 İyul 2023 15:04
BAYRAQDAR MEDİA – Eskişehirin tanınmış ziyalılarından biri, dünyada ilk Çingiz Aytmatov muzeyinin yaradıcı Oral Büyüksarı daha bir uğurlu layihəyə imza atıb. Belə ki, bu günlərdə onun korrdinatorluğu ilə BEKA platforması fəaliyyətə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya danışan O.Büyüksarı deyib ki, platforma Eskişehir, Bilecik, Afyon, Kütahya vilayətlərini əhatə edən mədəni və yerli ləzzətlər haqqında məlumatlılığı artırmaq üçün hərtərəfli bir araşdırmaya başlayıb: “İzmir Böyükşəhər Bələdiyyəsi Şəhər Şurasının sədri Nilay Gökkılıçın himayəsində keçirilən yığıncaqda İzmirdən başlayacaq turistik səfərləri və bu bölgələrdəki həm yeraltı, həm də yer üstü zənginlikləri, yerli ləzzətləri ən yaxşı şəkildə tanıtmaq üçün layihələr təqdim edildi”.
Açıqlamada görüşün səmərəli keçdiyi bildirilib.
Bundan əlavə, Bilecik Bozüyük nümayəndəsi İlker Taşçıoğlu, Afyon təmsilçisi İlyas Çeliki, Kütahya nümayəndəsi Mehmet Akkaş çıxış ediblər.
Görüşdə çıxış edən koordinator Oral Büyüksarı, İzmirdəki iş adamları ilə həm şəhərlərə sərmayəni təşviq etmək, həm də “Eskişehirspor”a sahib çıxılacaq şirkətləşmə işlərini sürətləndirmək üçün nələrin edilməsinin lazım olduğu barədə məlumat verib.
Toplantının sonunda Nilay Kökkılıç və DHMİ direktoru Ali Çakır, Kənd Təsərrüfatı Kredit Kooperativi bölgə müdiri Serhat Özübek, TCDD 3-cü Region müdiri H.Hüseyin Dincer, İzmir Eskişehirlilər Dərnəyi, İzmir Esder, Afyonkarahisar Federasiyası, Kütahya Dərnəyi, Bilecik Bozüyük nümayəndəsi, İzmir Krım Dərnəyi nümayəndələrinə təşəkkür edib.