Son yeniləmə: 19 İyul 2023 15:03
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın müdafiə naziri Slavyanka Petrovska bir televiziya proqramında ölkənin ordusunun modernləşdirilməsi ilə bağlı açıqlamalar verib. O, Türkiyədən alınacaq ağır silahlar məsələsinə də toxunub.
Yeni Balkan xəbər verir ki, nazir, “Hərbi modernləşdirmə bir gecədə, bir həftədə və ya bir aya həyata keçirilə biləcək bir şey deyil. Bu, əvvəldən çox yaxşı planlaşdırma tələb edir. Ordunun sıralarını necə və nə qədər müddətə modernləşdirməklə bağlı qərarlar qəbul etməlisiniz”deyib.
O, qeyd edib ki, bu proses bir neçə il əvvəl başlayıb: “Keçən il biz Fransa hökuməti ilə hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair sazişi tamamladıq. Artıq bu sistemlərin istehsalına başlanılıb. Ötən ilin sonlarında biz Türkiyə ilə müasir ağır silah sistemlərinin alınmasına dair müqavilə imzaladıq. Bu sistemlərin bir neçə ildən sonra əlimizdə olması gözlənilir. İndiyədək cəmi 32 JLTV avtomobili almışıq, nəqliyyat vasitələri ilə birlikdə rabitə sistemlərimiz də var”.