Press "Enter" to skip to content

Bosniya və Herseqovina Türkiyədən dəstək gözləyir

Görüş zamanı

Son yeniləmə: 19 İyul 2023 11:57

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın Prezident Şurasının Bosniyalı üzvü Denis Becirovic Türkiyənin Sarayevodakı səfiri Sadik Babur Girgin ilə görüşüb.

Kırım Haber Ajansının məlumatına görə, görüşdə 11-22 iyul 1995-ci il tarixləri arasında Serb qüvvələri tərəfindən törədilən Srebrenitsa Soyqırımı zamanı yaşanan ağrılar müzakirə edilib.

Səfir S.B.Girgin Türkiyənin Srebrenitsadakı soyqırımı tanıdığını və bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrin qərarlarını əlavə qanuna ehtiyac olmadan qəbul etdiyini bildirib: “Bundan əlavə, S.B.Girgin Türkiyənin Bosniya və Herseqovinanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tanıdığını bir daha vurğulayıb. Səfir həmçinin bildirib ki, Türkiyə Bosniya və Herseqovinanın Avro-Atlantik yolunu güclü şəkildə dəstəkləyir”.

Məlumata əsasən, Denis Becirovic isə Bosniya və Herseqovinanın məqsədlərindən birinin NATO üzvlüyü olduğunu bildirib: “O, NATO-nun ən güclü üzvlərindən biri olan Türkiyənin bu mövzuda Bosniya və Herseqovinaya dəstək verməsini arzuladıqlarının vurğulayıb. D.Becirovic bildirib ki, Bosniya və Herseqovinanın NATO-ya üzv olması əsas strateji hədəfdir”.

Mission News Theme by Compete Themes.