Son yeniləmə: 18 İyul 2023 18:22
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun tutduğu vəzifədən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Xəbəri iyulun 18-də Prezidentin Mətbuat xidməti yayıb.
Eyni zamanda o da xəbər verilir ki, E.Əmirbəyov başqa bir Sərəncamla Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Qeyd edək ki, E.Əmirbəyov yetərincə təcrübəli diplomat olmaqla uzun illərdir Azərbaycanın maraqlarını yüksək tribunalarda müdafiə etmək sahəsində uğurlu işi ilə diqqət çəkib. Prezident İ.Əliyevin ona növbəti dəfə belə yüksək etimad göstərməsi də məhz bununla bağlıdır.