BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər arasında ictimai xadim, Prof. Aqşin Babayevin “Səhnə. Ekran. Efir” kitabı da var.
Kitaba müəllifin Azərbaycanın dövlət teatrlarında, eyni zamanda Türkiyədə, Dağıstanda, Gürcüstanda tamaşaya qoyulmuş, habelə respublikanın televiziya kanallarında nümayiş etdirilmiş və radioda səsləndirilmiş “Xilaskar”, “Oğul”, “Ceviz ağacı”, “Olmuş əhvalatlar” və s. dram əsələri daxil edilib.
Kitabın redaktoru və ön sözün müəllifi Əməkdar incəsənət xadimi, Prof. Əli Əmirli nəşrə yazdığı ön sözdə deyir: “Əgər Aqşin Babayevin bədii-sənədli pyeslərinin qəhrəmanları fövqəladə keyfiyyətləri olan məşhur şəxsiyyətlərdisə, komediyalarında, xüsusilə tele və radiopyeslərində onun personajları heç nə ilə diqqəti cəlb etməyən sadə insanlardır. Bu əsərlərdə biz gündəlik həyat qayğıları içərisində çapalayan adi, bizim özümüzə bənzəyən tanış insanları, müasirlərimizi görürük. Bu kitabla yaxından tanışlıq mənə bir daha göstərdi ki, çox zəngin və xoşbəxt həyat yolu keçmiş Aqşin Babayev hər bir işə dərin məsuliyyət hissi ilə yanaşdığı kimi, bədii yaradıcılığı da çox ciddiyə alan istedadlı və zəhmətkeş yazıçıdır, hətta uzun illərin yaradıcılıq uğurları və ustad yazıçı təcrübəsi də onu axtayın salmır”.
Qeyd edək ki, kitab 2016-cı ildə “Şərq-Qərb” nəşriyyatında nəşr olunub.