Press "Enter" to skip to content

“İdman hamı üçündür” adlı rəsm sərgisi

İdman hamı üçündür

BAYRAQDAR MEDİA – Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul – Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə, yeniyetmə və gənclər arasında (9-29 yaş) rəssamlıq sənətinə marağın artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə “İdman hamı üçündür” adlı rəsm sərgisi elan edir.

Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “sərgidə idman növləri, idman simaları, idman alətləri, geyim nümunələri və s. mövzular tövsiyə olunur. İştirak etmək istəyən yeniyetmələr və gənclər iyulun 24-dək rəsm əsərlərini XSM-nin 2-ci mərtəbəsinə təqdim etməlidirlər. Təqdim edilən rəsm işləri ağ, qara və yaxud rəngli ola bilər, rəsm işinin üstündə müəllifin adı, soyadı, atasının adı, təmsil etdiyi müəssisənin adı mütləq qeyd olunmalıdır. Hər bir iştirakçı yalnız bir rəsm işi təqdim etməlidir. Sərgidə iştirak edənlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaq”.

Qeyd edək ki, sərgi iyulun 25-də saat 14:00-da XSM-də keçiriləcək.

Mission News Theme by Compete Themes.