BAYRAQDAR MEDİA – “İctimai iştirakçılıq haqqında” 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanuna və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 17 iyul 2023-ci il tarixdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə bildirilir ki, “qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd – Yolçuyev Əkbər Mehdi oğlu, Mustafayeva Samirə Vəli qızı, Qədirov Vuqar Kərim oğlu İŞ-nın üzvü seçilib”.
Sonra xəbərdə deyilir ki, “seçkilərə 26 namizəd qatılıb. İŞ-nın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün 20 iyul 2023-cü il tarixdə saat 11:00-dan 14:00-dək Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcək. Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulub”.