Press "Enter" to skip to content

Bişkekdə qısametrajlı filmlər festivalı keçiriləcək

Bişkek

Son yeniləmə: 18 İyul 2023 13:28

BAYRAQDAR MEDİA – İyulun 18-22-də Bişkekdə “MDB, Baltikyanı ölkələr və Gürcüstanın qısametrajlı filmlərinin beynəlxalq kinofestivalı” keçiriləcək.

Bu barədə tədbirin təşkilatçıları məlumat yayıb.

Qeyd edilib ki, bu il film festivalı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunub. 2023-cü ildə film festivalına xarici və Qırğızıstan kinorejissorlarından 600-dən çox müraciət daxil olub.

Veçernıy Bişkek xəbər verir ki, film festivalında Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya və Özbəkistandan kino xadimləri iştirak edəcəklər.

Film festivalı yerli kinorejissorlar üçün güclü stimula çevrilib.

Mission News Theme by Compete Themes.