Son yeniləmə: 17 İyul 2023 14:08
BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-iyun aylarında Türkmənistanın dəniz ticarət donanmasının gəmiləri ilə yükdaşımaların ümumi həcmi 1,15 milyon ton təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz artıb,
Məlumatı donanmanın mətbuat xidmətinə istinadən Türkmenportalı.com saytı yayıb.
Bildirilib ki, ümumilikdə cari ilin birinci yarısında dəniz ticarət donanması ilə yükdaşıma planı 132,2 faiz yerinə yetirilib: “2023-cü ilin yanvar-iyun aylarında yük dövriyyəsi 476 milyon 838 milyon ton olub ki, bu da ötən illə müqayisədə 28,7 faiz çoxdur. Dövrdə yük dövriyyəsi planına 230,8 faiz əməl edilib. Hesabat dövründə sərnişin daşınması 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 100,8 faiz artaraq 3,7 milyon sərnişin/km-i ötüb. Planın icrası 234,0 faiz təşkil edib”.
Xəbərdə qeyd edilir ki, Türkmənistanın dəniz ticarət donanmasında 20 gəmi var. Dəniz donanmasının əsas fəaliyyət istiqamətlərinə su ilə yüklərin daşınması, sərnişinlərin, nəqliyyat vasitələrinin, quru yüklərin, neft və neft məhsullarının daşınması, habelə inzibati xidmətlər daxildir.