Press "Enter" to skip to content

Türkiyədəki əcnəbilərin sayı açıqlanıb

Son yeniləmə: 17 İyul 2023 15:18

BAYRAQDAR MEDİATürkiyənn Miqrasiya İdarəsi Müdirliyi, sıxlığı azaltmaq üçün əcnəbilərin sayının Türkiyə vətəndaşlarının sayı ilə müqayisədə 20 faizi keçdiyi 1169 məhəllədə ilkin yaşayış icazələrinin verilməsinin dayandırıldığını açqlayıb. Bu qadağa İstanbulun 54 məhəlləsi üzrə də tətbiq edilib.

Türkgün Gazetesinin məlumatına görə, bundan əlavə, ölkə üzrə 4 milyon 893 min 752 immiqrantın olduğu bildirilib.

Qeyd olunub ki, əcnəbilərin sayı hər həftə müntəzəm olaraq Miqrasiya İdarəsi Müdirliyimizin goc.gov.tr ünvanında dərc olunur.

Müdirliyin yaydığı açıqlamada , “Xüsusilə sosial şəbəkələrdə ölkəmizdəki əcnəbilərin sayı ilə bağlı əsassız şərhlər, dərc olunan rəqəmlər həqiqəti əks etdirmir. Bir daha vurğulayırıq ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizəmiz əzm və qətiyyətlə davam edir” deyə vurğulanıb.

Mission News Theme by Compete Themes.