BAYRAQDAR MEDİA – Məlum və məlun imperiya şakərindən əl çəkə bilməyən Moskoviya (“Rusiya” deyirlər özləri) yenə də buynuzunu göstərdi.
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdü.
Gələn xəbərlər, özəlliklə də Ş.Mişelin görüş sonrası mətbuata verdiyi açıqlama göstərdi ki, müzakirələr ümidverici ovqatda olub. Yəni Ermənistan daşı ətəyindən tökür, Azərbaycanla sülhə gəlir və problem də kökündən həll edilir.
We are going through one of the most comprehensive and vigorous stages of negotiations between Armenia and Azerbaijan.
My remarks following the meeting with Prime Minister @NikolPashinyan and @presidentaz: https://t.co/uQ2RkTNIGu
— Charles Michel (@CharlesMichel) July 15, 2023
Amma bunun ardınca nə baş verdi?
Gözlənilən oldu yenə də!
Məlum və məlun Moskoviya dövləti bu müsbət gəlişmədən o qədər əndişə duydu ki, açıq mətnlə ermənidən də çox ermənilik edərək Azərbaycanı etmədiyi əməllərə görə gözdən salmağa girişdi!
Bəli, Moskoviya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycanı elə mətləblərdə ittiham etdi ki, heç Ermənistanın özü belə etmir…
Bu durum nədən xəbər verir? Əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı gərginliyin əsl səbəbkarının məhz Moskoviya dövlətinin olmasını təsdiq edir!
Biz illərdir deyirik və təkid edirik ki, problem ermənilərlə bizim – türklərin arasında deyil. Problem ermənilərdən bir vasitə olaraq istifadə edərək üstümüzə gələn ruslardadır!
Moskoviya öz kirli burnunu bölgəmizdən çəksin, bircə günün içində Ermənistan Azərbaycanla sülh bağlayacaq və Qarabağdakı ermənilərin sözünü belə etməyəcək!
Əslinə qalanda, Qarabağ erməniləri hazırda bölgədə guya sülhməramlı xidmət keçən rus hərbçilərinin girovudur. Azərbaycan onları bir an öncə bu girovluqdan xilas etməyə çalışır, amma Moskoviya imkan vermir!
Belə olan halda nə etməli? Əlbəttə ki, Ermənistan dövləti Azərbaycan və qardaş Türkiyə ilə üçlü görüşərək Moskoviyasız Qafqaz siyasətinə “hə” deməlidir!
Bunun ardınca Gürcüstanı da yanımıza alaraq üç Qafqaz dövləti və Türkiyənin iştirakıyla dördlü formata intensiv keçid edilməlidir. (Moskoviya və Tehranı bura əsla qatmaq olmaz!)
Moskoviya bölgəmizdən rədd olmalıdır! Bu qanlı şər imperiyası bütün xalqlar, hətta rusların özü üçün də bir bəladır və bu bəla kökündən kəsilib atılmalıdır!
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi də Moskoviya XİN-in sözügedən bəyanatına yetərincə tutarlı və çevik reaksiya verdi. Belə də olmalıdır!
Bütün bunların fonunda bir daha Azərbaycandakı urus məktəbləri məsələsinə qayıdırıq. Bu məktəbləri kökündən qapatmağın vaxtı çatıb!
Urus məktəbində oxuyan hər bir uşağımız o şər imperiyasının – Moskoviyanın ömrünə ömür qatır! Bunun fərqində olmalıyıq!
Moskoviya Dərbənddə azərbaycan dilində dərc edilən eyni adlı qəzetin latın əlifbasına keçməsinə belə izn verməzkən, biz niyə onların dilində 350-dək məktəbin dövlət hesabına fəaliyyətini təmin edirik?!
Moskoviyasız Qafqaz hərəkatı başladılmalıdır! Təkcə Güney Qafqaz deyil, bütün Qafqaz xalqları artıq “Moskoviyaya yox!!!” deməlidir!
Bizim və hər bir xalqın azadlığı qanlı rus imperiyasının çöküşündən asılıdır. Moskoviyanı ayaqda tutan hər kəs bunun fərqində olmalıdır!!!
Qarabağda hələ də tam nəzarəti təmin edə, Ermənistanla sülhə gələ bilmiriksə, bunun səbəbkarı həm də uşaqlarını urus məktəbində oxudan, yeri gəldi-gəlmədi urusca danışan, işə yalnız urusdilliləri irəli çəkənlərdir!!!