Press "Enter" to skip to content

“Kitç populyar incəsənətdə” adlı tədbir

Cavid Ağa

BAYRAQDAR MEDİA – İyulun 20-də saat 20:00-da ARTIM Layihə Məkanında “Müqəssir zövq” qrup sərgisi çərçivəsində “Kitç populyar incəsənətdə” tədbiri olacaq.

Bu haqda sözügedən Məkanın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “keçən əsrin 80-ci illəri bütün dünyanın mədəni həyatında çevriliş etdi. Kapitalist Qərbdə kompüterlərin evlərə daxil olması, Şərqi Avropada isə sosialist dövlətlərin süqutu ilə “kitç” insanların həyatına daha da yayıldı”.

Bildirək ki, görüş ərzində müstəqil tədqiqatçı və yazar Cavid Ağa incəsənətdə əksini tapan kitç mədəniyyəti, eləcə də onun sosioloji, psixoloji və tarixi inkişaf ardıcıllığı haqqında araşdırmasını təqdim edəcək.

Qeyd edək ki, C.Ağa “Amerikanın səsi”, BBC, France24, BNE Intellinews, TalkRadio kimi beynəlxalq media resurslarda müstəqil araşdırmaları ilə çıxış edib. O, həm də alman filosofu Artur Şopenhauerin “Eristik dialektika” (1831) əsərinin Azərbaycan dilinə tərcüməçisidir. İndiki tədqiqat fokusu Qafqaz albanlarının dilidir.

Mission News Theme by Compete Themes.