Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan muğam-dəstgahının tarixi kökləri”

Azərbaycan muğam-dəstgahının tarixi kökləri

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında qiymətli nəşrlərdən biri də sənətşünaslıq üzrə elmlər doktoru, Prof. Sevil Fərhadovanın “Azərbaycan muğam-dəstgahının tarixi kökləri” monoqrafiyasıdır.

Monoqrafiya erkən mədəniyyətin məhsulu olan muğamın öyrənilməsinin ehtimal edilən şüur konsepsiyasını metodoloji “açar” kimi tətbiq etməklə həyata keçirilməsinin ilk təcrübəsidir. Kitabda dünya elmində analoqu olmayan muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası tədqiqat işi ilk dəfə olaraq oxuculara təqdim edilib.

Nəşrdə muğam məzununun konseptuallığı ilə bağlı bir çox suallara aydınlıq gətirilib.

Tədqiqatın gedişində muğam probleminin nəinki uzaq keçmişinin izahına, həm də mədəniyyət və elmin gələcək inkişafına təsir göstərməyə qadir ola biləcəyi mənbə kimi bundan sonra da fənlərarası yanaşma məcrasında öyrənilməsinin vacibliyi əsaslandırılıb.

Qeyd edək ki, monoqrafiya Prezident yanında Elmi İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunub.

Nəşrin rəyçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın həqiqi üzvü, akademik Teymur Kərimli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Mission News Theme by Compete Themes.