Press "Enter" to skip to content

Mədəniyyət sistemi üçün rəhbər seçimi keçirilib

Mədəniyyət Nazirliyi sistemi üçün imtahan

Son yeniləmə: 17 İyul 2023 11:56

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1 min 134 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. Direktor vә direktor müavinlәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 tapşırıq tәqdim olunur. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir”.

Qeyd edək ki, imtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.