Press "Enter" to skip to content

86 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 17 İyul 2023 10:05

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-iyun aylarında 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Onlardan 18 mini pensiya, 68 mini müavinət və təqaüd təyinatıdır.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb: “Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-qaydada aparılır. Ötən dövrdə 586,5 min pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

Mission News Theme by Compete Themes.