Son yeniləmə: 14 İyul 2023 08:57
BAYRAQDAR MEDİA – 2023-cü ildə Aşqabadda Qoşulmama Hərəkatına üzv dövlətlərin tibb və sanitar idarələrinin elmi konfransı keçiriləcək.
Bu barədə Atavatan-Türkmenistan məlumat yayıb.
Bildirilib ki, Türkmənistan nümayəndə heyəti iyulun 5-7-də Budapeştdə keçirilən Ekologiya və Sağlamlıq üzrə VII Nazirlər Konfransında iştirak edib. Türkmənistan nümayəndə heyəti ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge ilə tibbi konfransın təşkili məsələlərini müzakirə edib.