Son yeniləmə: 14 İyul 2023 10:43
BAYRAQDAR MEDİA – Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay və onu müşayiət edən nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdə olub. F.Oktayla Özbəkistana gedən nümayəndə heyəti Özbəkistan Senatının sədri Tənzilə Narbeava ilə görüşüb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyəti görüşdə Türkiyə ilə Özbəkistan arasında strateji əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüş çərçivəsində sosial media hesabından açıqlama verən F.Oktay iki ölkə arasında iqtisadi əməkdaşlığın da müzakirə edildiyinə diqqət çəkib: “Biz Türkiyə olaraq Özbəkistanla ortaq əlaqələrimizi gücləndirmək üçün hər zaman çalışacağımızı bildirdik və onların keçirdikləri Prezident seçkiləri münasibətilə təbriklərimizi çatdırdıq”.