Son yeniləmə: 14 İyul 2023 12:25
BAYRAQDAR MEDİA – Qırğızıstan parlamenti Joqorku Keneşin deputatı Tazabek İkramov seçkilərdə iştirak etmək istəməyən vətəndaşların cərimələnməsini təklif edir. Qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Bu barədə Bulak.kg saytı məlumat yayıb.
Bildirilib ki, xalq deputatı cərimənin məbləğinin 5 min som müəyyən edilməsini təklif edir.
Tazabek İkramov xatırladıb ki, Bişkekin Leninski rayonunda keçirilən son seçkilərə təxminən 15 milyon som xərclənib: “124 min 908 nəfərdən cəmi 17,5 min nəfəri səs verib ki, bu da seçicilərin ümumi sayının 13,95 faizini təşkil edir”.
Xalq deputatının sözlərinə görə, mümkün cəza qırğız xalqını öz vətəndaşlıq borcunu yerinə yetirməyə həvəsləndirəcək.