Son yeniləmə: 14 İyul 2023 16:31
BAYRAQDAR MEDİA – İyulun 21-də saat 19:00-da YARAT Müasir İncəsənət Məkanının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində rejissor Sara Pollinin “Qadınlar danışır” bədii filminin nümayişi olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “film, Miriam Tovsun 2018-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilib. Həmçinin film 28-ci Critics’ Choice Awards-ın 6 mükafatının, “Ən yaxşı film” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyalarının qalibi, 75-ci ABŞ Ssenaristlər Gildiyası və 95-ci “Oskar” mükafatının “Ən yaxşı film” kateqoriyasının nominantı olub”.
Film haqqında qeyd olunur ki, bir axşam səkkiz mennonit qadın gizli görüş keçirmək üçün samanlıqda toplaşırlar. Son iki il ərzində ucqar koloniyanın bu qadınları, həmçinin yüzlərlə digər qız narkotiklərlə bihuş edilərək yerli kişilər tərəfindən seksual təcavüzə məruz qalıblar. Bu kişilər, qadınların günahlarına görə onları cəzalandırmaq üçün gələn cinlər olduğunu söyləyirlər.
Qeyd edək ki, film orijinal, ingilis dilində altyazısı ilə nümayiş olunacaq.