Son yeniləmə: 14 İyul 2023 10:02
BAYRAQDAR MEDİA – Ukraynanın deputatı Krım tatarlarının əfsanəvi milli lideri Mustafa Krımoğlu Uyğur Hərəkatının prezidenti Rusen Abbas və Uyğur Araşdırmaları Mərkəzinin icraçı direktoru Əbdülhakim İdrislə görüşüb.
Kırım Haber Ajansının məlumatına görə, Krım və Doğu Türküstan məsələlərinin müzakirə edildiyi toplantıda Rusiya tərəfindən işğal olunmuş Krımın hazırkı vəziyyəti və Krım tatar xalqının milli mübarizəsi haqqında da məlumat verilib.
R.Abbas sosial media hesabında görüşlə bağlı açıqlama verib: “M.Krımoğlu ilə görüşmək mənim və Əbdülhakim İdris üçün böyük şərəf idi. Krımoğlunun çətinliklər qarşısında fədakarlığı və liderliyi həqiqətən ruhlandırıcıdır. Belə görkəmli liderlə mənalı söhbət etmək fürsətinə görə minnətdaram”.