Press "Enter" to skip to content

Keçə həsirlərin hazırlanması üzrə müsabiqə

Son yeniləmə: 14 İyul 2023 16:09

BAYRAQDAR MEDİA – Türkmənistan Qadınlar Birliyinin Mərkəzi Şurası və Milli Həmkarlar İttifaqı Mərkəzi ənənəvi olaraq sənətkar qadınlar arasında keçə həsirlərinin hazırlanması üzrə müsabiqə keçirir.

Türkmenportalı.com saytı xəbər verir ki, artıq müsabiqənin seçmə etrap və şəhər mərhələləri başlayıb: “Müsabiqənin keçirilməsində məqsəd yeni ornament növlərini və keçə xalçaların gözəl nümunələrinin – qoşma hazırlanmasının unikal üsullarını müəyyən etməkdir. Müsabiqə ənənəvi olaraq üç turdan ibarətdir. Aşqabadda artıq seçmə mərhələ keçib, paytaxtın ən yaxşı sənətkarları meydana çıxıb. Bunlar Nartaç Muhammetnazarova və Oqultaç Taqandurdiyevadır. Vilayətlərdə seçmə etrap turları əsasında iyulun 26-da Aşqabadda keçiriləcək yarışın finalında çıxış edəcək qaliblər də müəyyənləşəcək”.

Mission News Theme by Compete Themes.