Press "Enter" to skip to content

Birinci yarımildə üç min üç yüzdən çox müraciət

Son yeniləmə: 14 İyul 2023 16:05

BAYRAQDAR MEDİA – 2023-cü ilin 1-ci yarımilliyi ərzində Energetika Nazirliyi və tabeli qurumlara 3 min 304 vətəndaş müraciəti daxil olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 14-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 2 min 739-u müvafiq qaydada icra olunub, 283-ü icradadır. 282-si isə məlumat xarakterli olub: “Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub”.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 129 vətəndaş qəbul edilib və səsləndirilən müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.