Press "Enter" to skip to content

“Avroviziya-2024” üçün iddiaçılar müraciət edə bilər

Avroviziya-2024

BAYRAQDAR MEDİA – “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 14-də İTV-dən daxil olub.

Xəbərdə bildirilir ki, “seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər song@eurovision.az elektron ünvanına göndərə bilərlər”.

O da qeyd edilir ki, “müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

•göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
•iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;
•Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;
•mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resursda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin musiqi platformalarında yerləşdirilməməlidir”.

Bildirilir ki, “göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq. Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır”.

Qeyd edilir ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində keçiriləcək.

Mission News Theme by Compete Themes.