Press "Enter" to skip to content

Təkrar seçkilər sentyabrın 10-na təyin edilib

Son yeniləmə: 13 İyul 2023 15:27

BAYRAQDAR MEDİA – Qırğızıstanın Leninski birmandatlı seçki dairəsi üzrə Joqorku Keneş deputatının təkrar seçkiləri sentyabrın 10-na təyin edilib. Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Bulak.kg saytının məlumatına görə, bundan əvvəl MSK Leninski rayonunda seçkilərin nəticələrini yarışda öndə gedən namizədlərin səsləri satın almaqda və digər qanun pozuntularında təqsirli bildiyinə görə ləğv etmişdi: “Seçkilər mayın 28-də keçirilib və 29 namizəd iştirak edib. Səslərin hesablanmasının nəticələrinə görə, namizəd Dəmirə Niyazəliyeva yarışın lideri (35,83 faiz səs) olub, Ulan Sarıyev 11,88 faiz səslə ikinci yeri tutub. Lakin sonradan MSK namizədlər D.Niyazəliyeva və U.Sarıyevin qeydiyyatını ləğv edib, həmçinin birincinin səsləri rüşvətxorluqla toplaması faktına görə cinayət məsuliyyətinə cəlb etməyə razılıq verib”.

Mission News Theme by Compete Themes.