BAYRAQDAR MEDİA – Quzey Makedoniya Əmək Nazirliyi anomal istiləri nəzərə alaraq qərar qəbul edib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, nazirliyin yaydığı açıqlamada hamilə qadınlar və 60 yaşdan yuxarı işçilərdən istilər səbəbilə iyulun 13, 14, 15 və 16-da işə getməmələri istənilib: “Narıncı kod xəbərdarlığı edən nazirlik bağçada olan uşaqların saat 11:00-17:00 arasında küçəyə çıxarılmasını tələb edib”.
Nazirlik, həmçinin qocalara, imkansızlara və kimsəsizlərə yerli hökumətlər, Qırmızı Xaç və əlaqədar yardım təşkilatları tərəfindən kömək göstərilməsini, ağır şəraitdə çalışan işçilər üçün tədbirlər görülməsini tələb edib.
Meteoroloji məlumata görə, göstərilən tarixlərdə Quzey Makedoniyada temperaturun 40 dərəcədən yuxarı qalxacağı gözlənilir.